SOCAR ilə "MOL Group" arasında Əsas Şərtlər Sazişi imzalanıb
Bu gün "Bakı Enerji Həftəsi" çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Macarıstanın "MOL Group" şirkəti arasında Əsas Şərtlər Sazişi imzalanıb.
Bu barədə BAKU.WS-ə SOCAR-dan məlumat verilib.
Bildirilib ki, ötən il sentyabrın 20-də şirkətlər arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində Şamaxı-Qobustan sahəsi üzrə kəşfiyyat, işlənmə və hasilat layihəsinin əsas texniki və kommersiya şərtlərinin razılaşdırılması üzrə işlər aparılıb və müvafiq razılıqlar əldə olunub.
İlkin və əsas kəşfiyyat dövrlərində şirkətlər tərəfindən görüləcək işləri müəyyənləşdirən Əsas Şərtlər Sazişinə əsasən, Macarıstan şirkətinin operator olacağı layihədə "MOL Group"un 65 %, SOCAR-ın isə 35 % paya sahib olması nəzərdə tutulur.
Qalereya
Oxşar xəbərlər
Azərbaycan tranzit yükdaşımadan milyardlar qazanacaq
"Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcminin 16 milyon tondan 25 milyon tona çatdırılması hədəflənir". BAKU.WS xəbər verir ki, bu barədə deputat Vüqa...