SOCAR "Chartered Quality Institute" ilə korporativ tərəfdaşlıq əlaqələri qurub
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) beynəlxalq keyfiyyət idarəetməsi sahəsində nüfuzlu təşkilatlardan biri olan "Chartered Quality Institute" (CQI) ilə korporativ tərəfdaşlıq əlaqələri qurub.
Bu barədə BAKU.WS-ə SOCAR-dan məlumat verilib.
Bildirilib ki, SOCAR-ın CQI ilə korporativ tərəfdaşlığı şirkətin keyfiyyətin idarə olunması və əməliyyat proseslərində beynəlxalq standartlara uyğunluq istiqamətində atdığı strateji addımlardan biridir. Bu tərəfdaşlıq SOCAR əməkdaşlarının qlobal təcrübələrdən, o cümlədən dünyanın aparıcı təşkilatlarının istifadə etdiyi qabaqcıl keyfiyyət idarəetmə metodologiyalarından, CQI və "International Register of Certificated Auditors" (IRCA) tərəfindən təsdiqlənmiş təlim və sertifikatlaşdırma imkanlarından faydalanmalarına imkan verəcək. Həmçinin SOCAR-ın beynəlxalq arenada etibarlı, şəffaf və keyfiyyətə önəm verən korporativ lider kimi mövqeyini daha da gücləndirəcək.
Əməkdaşlıq, eyni zamanda şirkətin sosial məsuliyyət, sənaye təhlükəsizliyi, ətraf mühitə təsirlərin azaldılması və daxili potensialın inkişafı kimi sahələrdə fəaliyyətinin daha da gücləndirməsinə imkan yaradacaq.
CQI-nin əsas məqsədi müəssisələrin effektivliyini, dayanıqlığını və müştəri məmnuniyyətini artırmaq üçün strukturlaşdırılmış keyfiyyət idarəetmə yanaşmalarının tətbiqini təşviq etməkdir.
Oxşar xəbərlər
Dolların "şah dövrü" bitdi: Devalvasiya qorxusu arxada qalır - Manatın mövqeyi güclənir
Valyuta bazarında müşahidə olunan son dinamika iqtisadi mühitdə davranış dəyişikliklərinin başladığını göstərir. Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib ki,...