Rövşən Nəcəf: "Dekarbonizasiya fəaliyyətləri ilə bağlı xərclər ildən-ilə azalacaq"

Dekarbonizasiya fəaliyyətləri ilə bağlı xərclər ildən-ilə azalacaq.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Bakıda keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz sərgisi və 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji beynəlxalq sərgisi çərçivəsində "Liderlərin çıxışları: Dayanıqlı enerji ekosisteminə aparan yol" panel müzakirəsində bildirib.
Onun sözlərinə görə, SOCAR tərəfdaşlarına Azərbaycanda böyük potensialın olduğu günəş enerjisi kimi bərpa olunan enerji layihələrinə birgə investisiya qoymaq imkanları təklif edir: "Tərəfdaşlarla müzakirə etdiyimiz digər məsələ regionda mövcud olan imkanlara uyğun olaraq daha çox kapital və texnologiyadan necə istifadə etməkdir. Əsas istiqamətlərdən biri xidmətlərlə bağlı xərclərin azaldılması olacaq. Texnologiyalar inkişaf etdiyi üçün inanırıq ki, xidmətlərin xərcləri və dekarbonizasiya fəaliyyətlərinin xərcləri ildən-ilə azalacaq və bu, müştərilərimiz üçün ən yaxşı həlləri təmin etməyimizə imkan verəcək".
O qeyd edib ki, hazırda SOCAR-ın regionda, xüsusilə Azərbaycan və Mərkəzi Asiyada gördüyü digər potensial imkan süni intellekt, data mərkəzləri kimi yüksək texnologiyalar üçün məkana çevrilməkdir: "Çünki biz belə layihələr üçün elektrik enerjisi təmin edə bilərik və mövqeyimiz çox əlverişlidir. Azərbaycan Asiya və Avropa arasındakı yolların kəsişməsində yerləşir. Bu mənada, coğrafi mövqe, zəngin enerji resursları, proqnozlaşdırıla bilən qaydalar və qanunlar, rəqəmsal dəyişiklik tərəfdaşlarımıza əlavə təminat verir".
Oxşar xəbərlər
Səudiyyə Ərəbistanı Avropa üçün neft qiymətlərini əhəmiyyətli dərəcədə artıracaq
Səudiyyə Ərəbistanı iyul ayında avropalı alıcılar üçün bütün növ neftin qiymətini bir barel üçün 1,8 dollar qaldıracaq. BAKU.WS "Report"a istinadən xəbər verir...
