Qızılın qiyməti tarixi maksimumunu yenilədi
"Comex" birjasında (Nyu-York əmtəə birjasının bölməsi) 2025-ci ilin dekabrında çatdırılma ilə qızıl füçerslərinin qiyməti tarixi maksimumunu yeniləyib və bir trua unsiyası üçün 3700 dollar göstəricisini keçib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bunu ticarət platformasının məlumatları sübut edir.
Bakı vaxtı ilə saat 17:27-yə olan məlumata görə, qiymətli metalın qiyməti 1 trua unsiyası üçün 3 701,7 dollar (+0,43%) təşkil edib. Bakı vaxtı ilə saat 17:32-yə olan məlumata görə, qızıl qiymət artımı sürətlənərək, 1 trua unsiyası üçün 3 702,8 dollara (+0,46%) alqı-satqı edilib.
Oxşar xəbərlər
Bank olmayan kredit təşkilatlarında faizlər nəyə əsasən müəyyən edilir?
Banklardan kredit ala bilməyən və ya uzun prosedurlarla qarşılaşan vətəndaşların bir qismi çıxış yolunu bank olmayan kredit təşkilatlarında (BOKT) görür. Sadələ...