Qızıl, yoxsa Bitcoin? - Pullarını qorumaq istəyənlərə XƏBƏRDARLIQ

Qızıl, yoxsa Bitcoin? - Pullarını qorumaq istəyənlərə XƏBƏRDARLIQ
Açıqlama
İqtisadiyyat 6

"Qiymətli metal uzunmüddətli dövrdə kapitalın qorunması baxımından daha əlverişli vasitə hesab oluna bilər".

BAKU.WS-in məlumatına görə, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib

Onun sözlərinə görə, ilin əvvəlində qızılın qiyməti 5 600 dollar səviyyəsinədək yüksəlsə də, sonradan bazarda müəyyən korreksiyalar baş verib və qiymət 5 000 dollar ətrafında dəyişməyə başlayıb.

AQC sədri qeyd edib ki, qızılın qiymətində zaman-zaman artım və azalmalar müşahidə olunsa da, bu aktiv əsrlərdir öz dəyərini qoruyub saxlayır:

Qızıl, yoxsa Bitcoin? - Pullarını qorumaq istəyənlərə XƏBƏRDARLIQ

"Qızılın qiyməti müəyyən dövrlərdə ucuzlaşa bilər. Lakin uzunmüddətli perspektivdə onun əsas üstünlüyü kapitalın qorunmasına xidmət etməsidir. Bu səbəbdən qızıl daha çox investisiya gəliri əldə etməkdən deyil, mövcud vəsaitin dəyərini qorumaqdan ötrü əlverişli seçimdir.

Qızıl, xarici valyuta və digər maliyyə alətlərində qısamüddətli qiymət dəyişiklikləri müəyyən risklər yaradır. Bu dəyişikliklərə böyük dövlətlərin mərkəzi banklarının qərarları, maliyyə bazarlarında tətbiq olunan siyasət, geosiyasi gərginliklər və müharibələr kimi amillər təsir göstərir.

Qızılın əsas üstünlüklərindən biri uzun müddət ərzində dəyərini tamamilə itirməməsidir. Buna görə də vəsaitini 5-10 il və daha uzun müddət qorumaq istəyən şəxslər üçün qızıl daha uyğun seçim ola bilər".

Qızıl, yoxsa Bitcoin? - Pullarını qorumaq istəyənlərə XƏBƏRDARLIQ

Vüqar Oruc qızıldan qısa müddətdə yüksək gəlir əldə etməyin zəmanətli olmadığını da vurğulayıb:

"Bu aktivə yatırım edən şəxs bir neçə gün və ya bir ay ərzində qiymətin kəskin dəyişməsi ilə üzləşə bilər. Qısamüddətli gəlir əldə etmək əsasən bazardakı qiymət dəyişikliklərindən düzgün istifadə edən peşəkar investorlar üçün mümkündür".

Bitcoinə münasibətdə isə AQC sdəri daha ehtiyatlı yanaşmanın tərəfdarıdır. O bildirib ki, kriptovalyutanın yüksək volatilliyi ciddi maliyyə itkilərinə səbəb ola bilər. Buna görə investorların bütün kapitalını Bitcoinə yönəltməsi risklidir:

Qızıl, yoxsa Bitcoin? - Pullarını qorumaq istəyənlərə XƏBƏRDARLIQ

"Bitcoin çox riskli aktivdir. Qiymətində qısa müddət ərzində kəskin artım və enişlər baş verə bilər. Bu səbəbdən investor yalnız itirməsi halında maliyyə vəziyyətinə ciddi təsir göstərməyəcək vəsaitin bir hissəsini bu istiqamətə yönəltməlidir.

Bütün kapitalın kriptovalyutaya yatırılması ciddi maliyyə problemlərinə, hətta investorun müflisləşməsinə gətirib çıxara bilər. Dünyada Bitcoinin gələcəkdə ənənəvi valyutaları tamamilə əvəz edəcəyi ilə bağlı fikirlər səslənsə də, ekspert bu ssenarini inandırıcı hesab etmir.

Qızılın əsrlər boyu öz dəyərini qoruması və bu gün də dünya maliyyə sistemində mühüm ehtiyat aktivi kimi istifadə olunması onun etibarlılığını göstərir. Bu baxımdan, uzunmüddətli kapital qorunması üçün qızılın rəqəmsal və yüksək volatilliyə malik aktivlərlə müqayisədə daha sabit seçim olduğu qənaətindədir".

Orxan Hüseyn

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər