Qızıl və gümüşün qiyməti tarixi maksimumu yenilədi
"Comex" birjasında (Nyu-York Ticarət Birjasının bölməsi) 2026-cı ilin fevral ayında çatdırılma üçün qızıl füçerslərinin qiyməti trua unsiyası üçün 4 900 dolları keçərək, tarixi maksimumu yeniləyib.
Bu, ticarət platformasının məlumatlarından irəli gəlir.
Bakı vaxtı ilə saat 21:43-ə olan məlumata görə, qızılın qiyməti trua unsiyası üçün 4 902 dollar (+1.33%) təşkil edib.
Həmçinin "Comex" birjasında 2026-cı ilin mart ayında çatdırılma ilə gümüş füçerslərinin qiyməti tarixi maksimumunu yeniləyib və trua unsiyası üçün 96 dolları keçib.
Bakı vaxtı ilə saat 20:51-ə olan məlumata görə, qiymətli metalın dəyəri 3.73% artaraq trua unsiyası üçün 96.09 dollara çatıb.
Oxşar xəbərlər
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərilib
Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya buğdası daşıyan 20 vaqondan ibarət yük qatarı "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola...