Qızıl və gümüşün qiyməti ucuzlaşıb
09
apr
2026
08:54
Dünya əmtəə bazarlarında qiymətli metalların qiymətində azalma qeydə alınıb. Ticarət məlumatlarına əsasən, qızıl və gümüş fyuçersləri gün ərzində ucuzlaşma nümayiş etdirib.
COMEX birjasında qızılın 2026-cı ilin iyun ayı üzrə fyuçers kontraktlarının qiyməti 0,76 faiz geriləyərək bir troya unsiyası üçün 4 741 ABŞ dollarına düşüb.
Eyni zamanda, gümüş də mənfi dinamika göstərib. Belə ki, həmin birjada 2026-cı ilin may ayı üzrə gümüş fyuçerslərinin dəyəri 1,73 faiz azalaraq bir unsiya üçün 74,082 ABŞ dolları səviyyəsində qərarlaşıb.
Oxşar xəbərlər
Azərbaycanda dəniz nəqliyyatı ilə 7 milyon tona yaxın yük daşınıb
Bu ilin yanvar-sentyabr aylarında dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi 6 milyon 671,5 min ton təşkil edib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, b...