Muxtar Babayev BMT-nin Baş katibi ilə görüşüb
Azərbaycan ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayevlə BMT-nin Baş katibi Antonio Quttereş Tonqada görüşüb.
BAKU.WS xəbər verir ki, bu barədə COP29-un rəsmi "X hesabı paylaşım edilib.
Tərəflər bildirib ki, Sakit okean adalarının səslərini dünyaya çatdırmaq, həmçinin COP29-dan əvvəl daha möhkəm, davamlı gələcək qurmaq üçün çalışırıq.
Qeyd edək ki, Avstraliya və Yeni Zelandiya da daxil olmaqla Okeaniyadakı 18 dövlət və ərazinin liderləri bu gün Sakit Okean Adaları Forumunun 53-cü iclası üçün Tonqa Krallığında toplaşıb. Bu forum Okeaniya ölkələri və əraziləri arasında iqtisadi və siyasi əməkdaşlıq üçün yaradılıb. Təşkilatın üzvləri Avstraliya, Kuk adaları, Fici, Vanuatu, Mikroneziya Federativ Ştatları, Fransız Polineziyası, Nauru, Yeni Kaledoniya, Yeni Zelandiya, Niue, Palau, Papua-Yeni Qvineya, Samoa, Solomon adaları, Tonqa Krallığı, Tuvalu, Kiribati, Marşal adaları, assosiativ üzv – Tokelaudur.
Oxşar xəbərlər
Pərviz Şahbazov: “Qaz tədarükünün artırılması region və Avropa ölkələrinin enerji təhlükəsizliyində yeni mərhələdir”
Cənub Qaz Dəhlizinin (SGC) inkişafı və qaz tədarükünün artırılması, “Xəzər-Qara-dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin yaradılması və bərpa olunan enerjinin təch...