Kriptobazarda eniş dərinləşir: Bitcoin 78 min dollardan aşağı düşdü
Kriptovalyuta bazarında əsas aktivlər üzrə ucuzlaşma davam edir.
BAKU.WS xəbər verir ki, son 24 saatda Bitcoin 0,44% geriləyərək 77 824 dollara, "Ethereum" 1,42% azalaraq 2 423 dollara düşüb. "XRP" 2,88%, "Solana" isə 2,97% ucuzlaşıb.
Bazarın ümumi kapitallaşması 2,61 trilyon dollara enib. Eyni zamanda, likvidasiyaların həcmi kəskin artaraq 391,75 milyon dollara çatıb.
Analitiklər enişi ABŞ-da faiz artımı gözləntilərinin güclənməsi ilə əlaqələndirirlər. FED-in sentyabr iclasında faiz artıracağı ehtimalının 57%-ə yüksəlməsi və istiqraz gəlirliliyinin artması investorların riskli aktivlərdən uzaqlaşmasına səbəb olub.
Oxşar xəbərlər
"Təkcə altı ayda 37% artım" - Problemli kreditlərin artmasının əsas AMİLLƏRİ
Azərbaycanda problemli kreditlərin həcmi yenidən diqqət mərkəzinə düşüb. Mərkəzi Bankın məlumatına görə, bu ilin iyun ayının sonunda vaxtı keçmiş kreditlərin mə...