İran-ABŞ müharibəsi Azərbaycanda qiymətlərə necə təsir edir?
"İran və ABŞ arasında müharibə region ölkələrinə, o cümlədən Azərbaycan iqtisadiyyatına birbaşa və dolayı təsirlər yarada bilər".
Bunu BAKU.WS-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.
Onun sözlərinə görə, bu proses ilk növbədə enerji və logistika xərclərinin artması ilə özünü göstərir:
"Neft və yanacaq qiymətlərinin yüksəlməsi daşınma xərclərini artırır. Bu isə istər idxal, istərsə də yerli istehsal məhsullarının bazara çıxarılmasında əlavə xərclər yaradır. Nəticədə demək olar ki, bütün məhsul qruplarında qiymət artımı müşahidə oluna bilər.
Xüsusilə İrandan Azərbaycana idxal edilən meyvə-tərəvəz məhsulları bu prosesdən daha çox təsirlənir. Müharibə şəraiti həm logistikanı çətinləşdirir, həm də istehsalda problemlər yaradır. Bu isə bazara daxil olan məhsulun azalmasına və qiymətlərin yüksəlməsinə səbəb olur.
Bundan əlavə, tikinti sektorunda da bahalaşma qaçılmaz hesab edilir. Çünki sement, armatur və digər tikinti materiallarının bir hissəsi məhz İrandan idxal olunur. Təchizatın azalması tikinti xərclərinin artmasına gətirib çıxarır.
Eyni tendensiya dərman vasitələri, tibbi məhsullar və avtomobil ehtiyat hissələri bazarında da hiss olunur. Hətta bu sahələrdə qiymət artımı birbaşa olmasa belə, qlobal bazarlardakı dəyişikliklər vasitəsilə dolayı təsir göstərir".
Orxan Hüseyn
Oxşar xəbərlər
Novxanıda dörd milyon manata yeni yarımstansiya tikiləcək
Abşeron rayonu, Novxanı qəsəbəsində 35/6 kV-luq yeni yarımstansiya tikiləcək. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq prosedurlara star...