Gümüşün qiyməti yenə BAHALAŞDI

Gümüşün qiyməti yenə BAHALAŞDI
İqtisadiyyat 55

Birjada gümüşün qiyməti 94 ABŞ dolları səviyyəsində rekordu yenilədikdən sonra 5%-dən çox yüksəlib.

BAKU.WS xəbər verir ki, bu barədə Nyu-Yorkun "Comex" birjası məlumat yayıb.

Bildirilib ki, bazar ertəsi səhər saatlarında gümüş üzrə mart fyuçersinin qiyməti əvvəlki bağlanışla müqayisədə 5,33% artaraq unsiya üçün 93,243 dollar səviyyəsinə yüksəlib. Eyni zamanda, qızıl üzrə fevral fyuçersinin qiyməti də əvvəlki bağlanışla müqayisədə 73,76 dollar (1,6%) artıb.

Qeyd edək ki, gümüşün alınmasına marağın artmasının əsas səbəbi dünyadakı mövcud geosiyasi vəziyyətdir. Bu tendensiyanın yaxın dövrdə də davam edəcəyi və tarixi maksimumların yenilənməsi mümkündür. Vəziyyət yalnız gümüşlə qızıl arasındakı qiymət nisbətinin korreksiyası baş verdiyi halda dəyişə bilər.

Son xəbərlər