Gümüşün qiyməti 75 dolları ötüb
Comex birjasında may ayı üçün tədarüklü gümüş fyuçerslərinin qiyməti 19 martdan bəri ilk dəfə olaraq treys unsiya üzrə 75 ABŞ dollarını ötüb.
Bu barədə BAKU.WS ticarət platformasının məlumatlarına istinadən xəbər verir.
Gümüşün qiyməti treys unsiya üzrə 75,125 ABŞ dollarına qədər yüksəlib (+6,46%).
Bundan sonra fyuçersin artımı bir qədər ləngiyib və qiymət treys unsiya üzrə 74,84 ABŞ dolları səviyyəsində olub (+6,05%). Eyni vaxtda iyun ayı üçün qızıl fyuçersi treys unsiya üzrə 4 670,7 ABŞ dolları səviyyəsində idi (+2,48%).
31 mart tarixində London birjası ICE-də may 2026 tədarüklü "Brent" markalı neft fyuçersinin qiyməti 9 martdan bəri ilk dəfə olaraq 119 ABŞ dollarını ötüb. Məlumata görə, "Brent" qiymət artımını yavaşladaraq 117,98 ABŞ dolları səviyyəsinə düşüb (+9,87%). Eyni zamanda WTI markalı neft fyuçersinin qiyməti 2,18% artaraq 97,54 ABŞ dollarına yüksəlib.
Oxşar xəbərlər
Neft bahalaşır: Azərbaycanın valyuta gəlirləri artır
Dünya bazarında neftin qiymətinin kəskin artması fonunda Azərbaycanın iqtisadiyyatı üçün yaranan yeni imkanlar və risklər müzakirə olunur. BAKU.WS-in məlumatına...