Dövlət büdcəsindən güzəştli mənzillər üçün ayrılan vəsait artırıldı
Azərbaycanda əhalinin mənzilə olan tələbatının ödənilməsi və vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi üçün dövlət büdcəsindən ayrılan vəsait 12 mln. manat və ya 8% artılır.
BAKU.WS xəbər verir ki, bu barədə “report” 2019-cu il dövlət büdcəsi zərfinə istinadən məlumat yayıb.
Verilən xəbərə görə, gələn ilin dövlət büdcəsində Azərbaycanda əhalinin mənzilə olan tələbatının ödənilməsi və vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi üçün 162 mln. manat xərc proqnozlaşdırılır.
Qeyd edək ki, 2018-ci ilin büdcəsində bu istiqamətdə ayrılan xərclər 2017-ci illə müqayisədə dəyişməz qalaraq 150 mln. manat proqnozlaşdırılıb.
Qeyd edək ki, 2017-ci ilin dəyişdirilmiş-dəqiqləşdirilmiş büdcəsində isə əhalinin mənzilə olan tələbatının ödənilməsi və vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi xərcləri həmin ilin ilkin təsdiqlənmiş büdcəsi ilə müqayisədə 50% artırılaraq 150 mln. manata çatdırılmışdı.
BAKU.WSOxşar xəbərlər
Sosial mənzillər satışa çıxarılır – QİYMƏTLƏR – TƏFƏRRÜAT – VİDEO
Sosial mənzillər sabahdan satışa çıxarılır. Səhər saat 11:00-dan etibarən vətəndaşlar Mənzil İnşaatı Dövlət Agentliyinin saytına daxil olaraq oradan mənzilləri...