DOST Agentliyinin mənfəəti 2 dəfədən çox azalıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi 2024-cü ili 35 min manat mənfəətlə başa vurub.
"Report" agentliyin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 2,3 dəfə azdır.
Ötən il DOST Agentliyinin hökumətdən alınmış subsidiyalar hesabına gəlirləri 311,401 milyon manat (əvvəlki ilə nisbətən 6,1 % az), digər gəlirləri 35 min manat (2,3 dəfə az), heyətlə bağlı xərcləri 291,219 milyon manat (7,3 % az), köhnəlmə xərcləri 7,445 min manat (12,1 % az), amortizasiya xərcləri 2,318 milyon manat (2,9 dəfə çox), icarə xərcləri 3,624 milyon manat (98,9 % çox), qısamüddətli icarələr üzrə icarə obyektlərinin təkmilləşdirilməsi xərcləri 206 min manat (7,4 dəfə çox), digər əməliyyat xərcləri 6,017 milyon manat (3,8 % çox), maliyyə xərcləri isə 572 min manat (3,1 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə DOST Agentliyinin aktivləri 137,477 milyon manat olub ki, bu da illik müqayisədə 6,3 % çoxdur. Hesabat dövründə qurumun öhdəlikləri 6,8 % artaraq 127,338 milyon manata, balans kapitalı isə 0,3 % artaraq 10,139 milyon manata çatıb.
Xatırladaq ki, DOST Agentliyi Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli fərmanı ilə yaradılıb. Dövlət başçısının 10 dekabr 2018-ci il tarixli fərmanına əsasən Agentliyin Nizamnaməsi və Strukturu təsdiq olunub. Onun nizamnamə kapitalı 10 min manatdır. 9 may 2019-cu ildə ilk "DOST" mərkəzinin açılışı baş tutub.
Oxşar xəbərlər
Qızıl və gümüşün qiyməti açıqlanıb
Dünya bazarında qiymətli metalların qiymətində dəyişkənlik davam edir. BAKU.WS xəbər verir ki, son bazar göstəricilərinə əsasən, bir unsiya qızılın qiyməti təxm...