BTC kəməri ilə nəql edilən tranzit neftinin həcmi açıqlanıb
Bu ilin yanvar-aprel aylarında Azərbaycan Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə 8 milyon 389,5 min ton neft nəql edilib.
BAKU.WS Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin ilk 4 ayının göstəricisinə nisbətən 31,4 % azdır. Ötən dövr ərzində nəqletmənin 77 %-i BTC kəməri ilə həyata keçirilib.
Dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 82,4 %-ni və ya 6 milyon 914,7 min tonunu Azərbaycanda hasil edilən neft, 17,6 %-ini və ya 1 milyon 475,2 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.
Bu dövrdə BTC kəməri ilə nəql edilmiş Azərbaycan neftinin həcmi 10,6 %, Türkmənistan və Qazaxıstandan daxil olan neftin həcmi isə 6,8 % azalıb.
Xatırladaq ki, hazırda BTC boru kəməri əsasən Azərbaycandan "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan hasil edilən nefti və "Şahdəniz" yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan və Qazaxıstan nefti nəql olunur.
AÇG-də BP (30,37 %), SOCAR (31,65 %), "MOL Group" (9,57 %) INPEX (9,31 %), "ExxonMobil" (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), "ONGC Videsh Limited" (OVL) (2,92 %) pay sahibidir.
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,86 ABŞ dolları və ya 0,73 % azalaraq 117,3 ABŞ dolları təşkil edib. BAKU.WS xəbə...