Azərbaycan Mərkəzi Bankı ölkə banklarına müraciət edib
29
sen
2017
12:04
Azərbaycan Mərkəzi Bankı ötən gün ölkədə fəaliyyət göstərən kommersiya banklarına müraciət edib.“Report”un məlumatına görə, müraciət qurumun İdarə Heyəti sədrinin I müavini Alim Quliyevin adından milli ödəniş sisteminin iştirakçılarına ünvanlanıb.Müraciətdə deyilir ki, dövlər büdcəsində daxilolmaların və xərclərin kütləviliyi, hesablaşmaların başa çatdırılmasının zəruriliyi nəzərə alınaraq ölkədə daxili hesablaşma-kassa əməliyyatlarının aparılması məqsədi ilə sabah bank sistemi üçün rəsmi iş gün elan olunub. Ödəniş sistemləri üzrə 30 sentyabr 2017-ci il yeni əməliyyat günü hesab edilir.BAKU.WS
Oxşar xəbərlər
Mərkəzi Bankdan əhali ilə bağlı banklara tələb
Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə fəaliyyət göstərən kommersiya banklarına məktub göndərib. "Report”un bank dairələrindən əldə etdiyi məlumata görə, AMB-n...