"Azeri Light" neftinin qiyməti artıb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,13 ABŞ dolları və ya 0,19 % artaraq 68,35 ABŞ dollarına yüksəlib.
Bu barədə BAKU.WS-ə neft bazarındakı mənbə məlumat verib.
Hərracların nəticələrinə əsasən, "Brent" markalı neftin iyul ayı üzrə fyuçerslərinin qiyməti 65,94 ABŞ dolları səviyyəsində müəyyənləşib.
Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" neftinin bir bareli 0,12 ABŞ dolları və ya 0,18 % bahalaşaraq 67,05 ABŞ dolları olub.
Qeyd edək ki, Azərbaycanın 2025-ci il dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dolları olaraq götürülüb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də - 15,81 ABŞ dolları, ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda - 149,66 ABŞ dolları səviyyəsində qeydə alınıb.
Azərbaycanda neft hasilatı əsasən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi çərçivəsində həyata keçirilir. Bu layihədə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 31,65 % paya malikdir.
Oxşar xəbərlər
IsDB Qrupunun illik iclaslarının Bakıda keçiriləcəyi tarix bəlli olub
İslam İnkişaf Bankı (IsDB) Qrupu 2026-cı il iyunun 16-dan 19-dək Bakıda Müdirlər Şurasının 51-ci İllik Toplantısını keçirəcək. BAKU.WS "Report"a istinadən xəbər...
