Azərbaycanda şəhər və rayonlar üzrə MAAŞ MƏBLƏĞLƏRİ

Azərbaycanda şəhər və rayonlar üzrə MAAŞ MƏBLƏĞLƏRİ
Si̇yahı
İqtisadiyyat 281

Azərbaycanda orta aylıq nominal əməkhaqqı rayonlar üzrə dəyişir. 

BAKU.WS-in Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, bölgələr üzrə əməkhaqqı fərqləri hiss olunur. 

2023-cü ilin açıqlanan rəsmi rəqəmləri göstərir ki, ən yüksək əməkhaqqı Bakı şəhərində qeydə alınıb – burada orta aylıq maaş 1183,8 manat təşkil edib. Paytaxtı 828,9 manatla Sumqayıt şəhəri və 796,5 manatla Şirvan şəhəri izləyir.

Ən aşağı göstərici isə Tərtər rayonuna məxsusdur – burada orta aylıq əməkhaqqı cəmi 578,3 manat olub. 

Regionlar üzrə diqqətçəkən fərqlərdən biri də Şuşa rayonundakı maaş artımıdır. 2023-cü ildə burada orta əməkhaqqı 851,8 manat olub və bu göstərici bir çox iri rayonları geridə qoyur.

İqtisadi rayonlar üzrə 2023-cü ilin orta maaş göstəriciləri:

Bakı – 1183,8 manat

Abşeron-Xızı – 774,7 manat

Qarabağ – 602,3 manat

Şərqi Zəngəzur – 653,0 manat

Şirvan-Salyan – 691,1 manat

Quba-Xaçmaz – 640,2 manat

Lənkəran-Astara – 598,6 manat

Dağlıq Şirvan – 614,2 manat

Mərkəzi Aran – 589,9 manat

Qazax-Tovuz – 642,7 manat

Gəncə-Daşkəsən – 683,0 manat

Şəki-Zaqatala – 577,5 manat

Mil-Muğan – 593,2 manat

Naxçıvan Muxtar Respublikası – 689,0 manat

Bu məlumatlar göstərir ki, ölkədə əməkhaqqı səviyyəsində ümumi artım müşahidə olunur və regionlar üzrə maaşlar ilbəil yüksəlir. Xüsusilə, işğaldan azad olunmuş ərazilərdə – Şuşa, Laçın və Zəngilan kimi rayonlarda əməkhaqqının yüksək olması dövlətin həmin bölgələrdə sosial-iqtisadi inkişafı prioritet hesab etdiyini sübut edir. Bu, həm də regionlara qayıdışı təşviq edən mühüm amillərdəndir. Ümumilikdə, əməkhaqqı artımları ölkənin iqtisadi sabitliyini və inkişaf potensialını əks etdirir. Gələcək illərdə bu fərqlərin daha da azalacağına və bölgələr arasında balansın yaradılacağına inanırıq.

Orxan Hüseyn

Son xəbərlər