Azərbaycanda ən yüksək və ən aşağı maaş hansı rayonlardadır? - CƏDVƏL
Azərbaycanın rayon və şəhərlərinin bu ilin yanvar-oktyabr ayları ərzində orta aylıq əmək haqqı üzrə məbləği açıqlanıb.
BAKU.WS trend-ə istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsindən əldə edilən məlumata görə, Azərbaycanda ən yüksək əməkhaqqı Xankəndi şəhərindədir. Bu şəhərdə orta aylıq nominal əməkhaqqı 1 771,4 manat təşkil edir.
Ölkə üzrə ən aşağı əməkhaqqı isə Qax rayonundadır. Belə ki, bu rayonun sakinlərinin orta aylıq nominal əməkhaqqı 532,3 manatdır.
Qeyd edək ki, bu ilin oktyabr ayının 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 8,0 faiz artaraq 993,0 manat təşkil edib. Əməkhaqqı neft-qaz sektorunda 3743,1 manat, qeyri neft-qaz sektorunda 942,2 manat olub. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 952,3 manat, özəl müəssisələrdə isə 1035,2 manat təşkil edib.
Azərbaycanın rayon və şəhərləri üzrə orta aylıq əməkhaqqı siyahısını təqdim edirik:
| Rayon və şəhərlər | Orta aylıq nominal əməkhaqqı (manatla) |
| Bakı şəhəri | 1 252,7 |
| Naxçıvan şəhəri | 849,7 |
| Babək rayonu | 694,7 |
| Culfa rayonu | 658,2 |
| Kəngərli rayonu | 761,6 |
| Ordubad rayonu | 702,0 |
| Sədərək rayonu | 671,6 |
| Şahbuz rayonu | 724,4 |
| Şərur rayonu | 655,8 |
| Sumqayıt şəhəri | 850,7 |
| Abşeron rayonu | 738,8 |
| Xızı rayonu | 572,2 |
| Ağsu rayonu | 624,0 |
| İsmayıllı rayonu | 597,3 |
| Qobustan rayonu | 658,1 |
| Şamaxı rayonu | 663,6 |
| Gəncə şəhəri | 711,3 |
| Naftalan şəhəri | 617,3 |
| Daşkəsən rayonu | 1 032,8 |
| Goranboy rayonu | 658,2 |
| Göygöl rayonu | 669,5 |
| Samux rayonu | 627,1 |
| Xankəndi şəhəri | 1 771,4 |
| Ağcabədi rayonu | 589,8 |
| Ağdam rayonu | 640,6 |
| Ağdərə rayonu | 926,2 |
| Bərdə rayonu | 617,0 |
| Füzuli rayonu | 605,3 |
| Xocalı rayonu | 760,5 |
| Xocavənd rayonu | 692,0 |
| Şuşa rayonu | 891,0 |
| Tərtər rayonu | 596,1 |
| Ağstafa rayonu | 581,5 |
| Gədəbəy rayonu | 835,1 |
| Qazax rayonu | 714,8 |
| Şəmkir rayonu | 665,1 |
| Tovuz rayonu | 614,9 |
| Xaçmaz rayonu | 645,0 |
| Quba rayonu | 685,1 |
| Qusar rayonu | 637,9 |
| Siyəzən rayonu | 734,3 |
| Şabran rayonu | 643,5 |
| Astara rayonu | 624,8 |
| Cəlilabad rayonu | 659,1 |
| Lerik rayonu | 613,5 |
| Lənkəran rayonu | 627,1 |
| Masallı rayonu | 592,4 |
| Yardımlı rayonu | 605,0 |
| Mingəçevir şəhəri | 630,7 |
| Ağdaş rayonu | 569,9 |
| Göyçay rayonu | 595,3 |
| Kürdəmir rayonu | 591,0 |
| Ucar rayonu | 629,4 |
| Yevlax rayonu | 610,9 |
| Zərdab rayonu | 596,6 |
| Beyləqan rayonu | 604,1 |
| İmişli rayonu | 655,9 |
| Saatlı rayonu | 634,9 |
| Sabirabad rayonu | 603,9 |
| Balakən rayonu | 563,6 |
| Qax rayonu | 532,3 |
| Qəbələ rayonu | 678,5 |
| Oğuz rayonu | 607,7 |
| Şəki rayonu | 642,4 |
| Zaqatala rayonu | 601,1 |
| Cəbrayıl rayonu | 717,1 |
| Kəlbəcər rayonu | 628,1 |
| Qubadlı rayonu | 809,5 |
| Laçın rayonu | 650,2 |
| Zəngilan rayonu | 883,5 |
| Şirvan şəhəri | 845,9 |
| Biləsuvar rayonu | 657,0 |
| Hacıqabul rayonu | 692,2 |
| Neftçala rayonu | 626,7 |
| Salyan rayonu | 661,8 |
Oxşar xəbərlər
"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi
Azərbaycan iqtisadiyyatında dedollarlaşma meyilləri artıb. Bunu Milli Məclisin iclasında Mərkəzi Bankın sədri Taleh Kazımov 2026-cı ilin büdcə zərfinin müzakirə...