Azərbaycan 2025-ci ildə qaz hasilatını 2 faizdən çox artırıb
Ötən il Azərbaycanda 51,5 milyard kubmetr təbii qaz hasil edilib ki, bu da 2024-cü illə müqayisədə 1,2 milyard kubmetr və ya 2,4 faiz çoxdur.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, hasilatın 14,1 milyard kubmetri "Azəri-Çıraq-Günəşli"nin, 27,9 milyard kubmetri "Şahdəniz"in, 1,6 milyard kubmetri "Abşeron" yatağının, 7,9 milyard kubmetri isə SOCAR-ın payına düşüb.
Bu dövrdə qaz ixracı 25,2 milyard kubmetr təşkil edərək 2024-cü ildəki səviyyə ilə eyni qalıb. Qaz ixracının 12,8 milyard kubmetri Avropaya (0,78 faiz azalma), 9,6 milyard kubmetri Türkiyəyə (3,03 faiz azalma) (o cümlədən TANAP-la 5,6 milyard kubmetr), 2,3 milyard kubmetri Gürcüstana (4,17 faiz azalma), 0,5 milyard kubmetr isə Suriyaya ixrac edilib.
Oxşar xəbərlər
Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyini təmin edən "onurğa sütunudur"
Bir gün əvvəl Bakıda keçirilmiş Cənub Qaz Dəhlizi üzrə Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclası son iki ildə danışdıqlarımızı qəti şəkildə təsdiqləd...