SİZİN REKLAM BURADA!
055 213 76 73


Ələt-Astara yolunun tam ödənişli olması ilə bağlı konsepsiya hazırlanıb və Nazirlər Kabinetinə təqdim edilib.

BAKU.WS xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının qərargahında keçirdiyi mətbuat konfransında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.

Onun sözlərinə görə, ödəniş sisteminin tətbiqi üçün quraşdırılmalı olan qurğular xaricdə istehsal olunur:

"Biz o qurğuların alınması üçün tender elan etmişik. Tender bitdikdən sonra nəticəsi Tarif Şurasına verəcəyik və qiyməti də Şura təyin edəcək".

Fərid Ədalət
BAKU.WS