SİZİN REKLAM BURADA!
055 213 76 73


Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) 2020-ci ildə ikinci dəfə manat istiqrazları buraxmaqla bağlı məsələni araşdırır.

BAKU.WS 
bu barədə “report”a müsahibəsində QDTİB-in prezidenti Dmitri Pankin bildirib.

O, Azərbaycanda qiymətli kağızlar bazarının davamlı inkişafını dəstəkləmək, yerli bazarın, o cümlədən kiçik sahibkarların manat ehtiyaclarını çevik ödəmək niyyətində olduqlarını açıqlayıb:

“Milli valyutada maliyyələşdirməyin konkret ehtiyacından asılı olaraq 2020-ci ildə ikinci istiqraz tranşı buraxmaq imkanlarını müzakirə edirik”.

Avqustun 1-də QDTİB 10 milyon manat məbləğində, hərəsi 1000 manat dəyərində 10 min istiqraz buraxaraq Bakı Fond Birjasında yerləşdirib. Sərmayədarlar tərəfindən isə bütövlükdə 81 milyon manat məbləğində 63 ərizə verilib, yəni tələbat təklifi 8 qat üstələmişdi.

Tədavül müddəti 730 gün olan istiqrazlar illik 9,25 faiz gəlir gətirib, sahiblərinə faiz ödəmələri hər rüb həyata keçirilir. İstiqrazların xitam verilmə günü 31 iyul 2021-ci il tarixidir.

Qeyd edək ki, QDTİB Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzv ölkələri - Albaniya, Azərbaycan, Bolqarıstan, Ermənistan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya, Türkiyə, Ukrayna, Yunanıstan tərəfindən yaradılan beynəlxalq maliyyə kredit təsisatıdır. Nizamnamə kapitalı 3,45 milyard avro olan BSTDB-də Azərbaycan öz payını 2008-ci ildə 2 faizdən 5 faizədək artırmışdı.
BAKU.WS