Gələn il Azərbaycanda orta aylıq pensiya 293 manat olacaq

06
noy
2019
18:00
Azərbaycanda gələn il üçün orta aylıq pensiya məbləği açıqlanıb.BAKU.WS “APA-Economics”' istinadən xəbər verir ki, bu, Hesablama Palatasının “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsi haqqında" qanun layihəsinə rəyində əksini tapıb.Sənəddə qeyd edilib ki, müvafiq məlumatlara əsasən orta aylıq pensiya məbləğinin 2020-ci ildə 293 manat olacağı nəzərdə tutulub.Bu da 2018-ci il üzrə müvafiq göstəricidən 85 manat və ya 40,9%, 2019-cu ilin müvafiq proqnoz göstəricisindən isə 43 manat və ya 17,2% çoxdur.
Oxşar xəbərlər
ŞAD XƏBƏR! Orta aylıq əməkhaqqı 850 manata çatdırılacaq
Azərbaycanda orta aylıq əməkhaqqı 2023-cü ildə 850 manata çatdırılacağı gözlənilir.BAKU.WS "APA-Economics"ə istinadla xəbər verir ki, ölkə hökumətinin proqnozla...
