SİZİN REKLAM BURADA!
055 213 76 73


2019-cu ilin yanvar-avqust aylarında Azərbaycan əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 6,4 faiz artaraq 36 milyard 861,6 milyon manat təşkil edib.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, əhalinin hər nəfərinə orta hesabla 3727,8 manatlıq gəlir düşüb.

Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 33 milyard 771,5 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 6,3 faiz çox vəsait qalıb.
BAKU.WS