Bu ilin yanvar-oktyabr aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,2%artaraq 43 871,5 mln. manat və ya əhalinin hər nəfərinə orta hesabla 4 471,1 manat təşkil edib.

Dövlət Statistika Komitəsindən BAKU.WS-ə verilən məlumata görə, bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 40 272,8 mln. manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,6% çox vəsait qalıb.

BAKU.WS