055 213 76 73
Bu gün Kənd Təsərrüfatı Nazirliyi yeni layihəsini təqdim edib.
BAKU.WS xəbər verir ki, bu layihə “AMAL” adlanır. “AMAL” Kənd Təsərrüfatı Nazirliyinin Kənd yerlərində yaşayan gənclərin aqrar sahədə biznes ideyalarının həyata keçirilməsinə yönəldilib.
Gənclərin innovativ metodlardan tətbiqinin stimullaşdırılmasına dəstək verən, ətraf mühiti qoruyan yeni kənd təsərrüfatı və idarçilik üsulları barədə məlumatlandırılmasına yönələn bu layihə gənc fermerlərin ilkin kapitalının formalaşmasına şərait yaradan bir təşəbbüsdür.
Tədbirdə bir neçə nazirlik əməkdaşları, gənc fermerlər və bu sahədə təcrübəsi olan mütəxəssislər iştirak edib. Tədbirdə bildirilib ki, kənd təsərrüfatı layihələri və kreditlərinin idarə edilməsi üzrə dövlət xidməti yeni addımlar atır.
Layihədə həmçinin texnoloji yeniliklərin tətbiq edilməsi və ətraf mühitin qorunması ilə bağlı müvafiq təlimlərin keçirilməsi nəzərdə tutulub.
AMAL layihəsi eyni zamanda məcburi köçkün ailələrindən olan gənclərin bu sahədə biznes ideyalarının reallaşmasına xidmət edir.