SİZİN REKLAM BURADA!
055 213 76 73



Böyük Britaniyanın məişət məhsulları istehsalçısı “What More” şirkəti Azərbaycana tədarüklərə başlayıb.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, şirkət Azərbaycan bazarına “Wham” brendi altında plastik məişət konteynerləri, bişirmə üçün formalar, bağ dibçəkləri, alət qabları və digər məhsullar tədarük edəcək.

Şirkət yaydığı bəyanatda Azərbaycandan yeni sifarişləri gözlədiyini bildirib.

Qeyd edək ki, “What More” şirkəti 72 ölkəyə, o cümlədən BƏƏ, Avstraliya, Bəhreyn, Çexiya, Türkiyə, Rusiya, ABŞ və Kanadaya məhsul tədarük edir.

BAKU.WS