SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Türkiyə Rusiya hökumətinin iqtisadi sanksiyalarından əziyyət çəkərsə, biz hazırıq və bütün lazımi köməklik göstərə bilərik".
 
BAKU.WS-in məlumatına görə, Ukraynanın Kənd Təsərrüfatı naziri Aleksey Pavlenko söyləyib. Nazir bildirib ki, Ukrayna bunun üçün bütün imkanlarını səfərbər etməyə hazırdır. 

Pavlenkonun sözlərinə görə, Ukrayna qida istehsalçıları ilə Türkiyənin əlaqədar təşkilatlarını bir araya gətirməyə hazırdır:  Əgər Türkiyədə buğda, arpa, qarğıdalı və ya yumurta, süd, toyuq kimi məhsullarda, ya da xaricdən tədarükü edilən qida məhsullarına bir ehtiyac olarsa, bu ehtiyacları aradan qaldırmağa məmnuniyyətlə hazırıq", - deyə ukraynalı nazir əlavə edib. 
 
Xatırladaq ki, bir müddət öncə Türkiyənin Rusiya Hərbi Hava Qüvvələrinə məxsus hərbi təyyarəni vurmasından sonra iki ölkə arasında iqtisadi, siyasi və hərbi əlaqələr kəsilib. 
 
Şahin Həbibov
BAKU.WS