2018-ci ildə Azərbaycanda neft və kondensat hasilatı sutkada 0,80 milyon barrel təşkil edəcək.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyinin Energetika İnformasiyası İdarəsinin (EIA) proqnoz hesabatında deyilir.

Hesabata əsasən, 2019-cu ildə hasilat sutkada 0,78 milyon barrel təşkil edəcək.

Bununla da EIA Azərbaycanda neft və kondensat hasilatı üzrə proqnozları son hesabatla müqayisədə dəyişməz saxlayıb.

Azərbaycanda neft hasilatı bu ilin ikinci rübündə sutkada 0,81 milyon barrel, üçüncü rübündə 0,79 milyon barrel, dördüncü rübündə isə 0,77 milyon barrelə bərabər olacaq.

EIA-nın proqnozlarına əsasən neft hasilatı 2019-cu ilin birinci və ikinci rüblərində sutkada 0,79 milyon barrel, üçüncü rübündə 0,78 milyon barrel, dördüncü rübündə 0,76 milyon barrel təşkil edəcək.

Qeyd edək ki, Azərbaycanda hasil edilən neftin əsas həcmi “Azəri-Çıraq-Günəşli” dəniz yataqlarının payına düşür. Bu yataqda “Azeri Light” növlü yüngül neft hasil olunur.

BAKU.WS