SİZİN REKLAM BURADA!
055 213 76 73



Dünyanın ən populyar kriptovalyutası olan bitkoinin qiyməti son bir neçə gün ərzində müxtəlif istiqamətlərdə dəyişib.

Bitkoin 7,6 min dollara alınıb satılır. Mütəxəssislər yaxın zamanlarda kriptovalyutanın qiymətinin kəskin düşə biləcəyini deyir.

Belə ki, "CoinMarketCap" portalının məlumatlarına əsasən, bitkoinin qiyməti 1,08% ucuzlaşaraq 7,615 dollar təşkil edib.

Alternativ kriptovalyutaların qiymətində artım qeydə alınıb. Belə ki, "Ethereum" 0,83% və ya 608,97 dollaradək, "Ripple" 2,95% (0,672 dollara qədər) , "Bitcoin Cash" 3,74% (1,15 min dollaradək) bahalaşıb.

Kriptovalyuta bazarının kapitallaşması hazırda 345,16 milyard dollar təşkil edir və bunun 38 faizi bitkoinin payına düşür.

BAKU.WS