SİZİN REKLAM BURADA!
055 213 76 73



Ötən gün 7 min dollar həddini keçdikdən sonra bitkoin eniş nümayiş etdirib.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, ekspertlər kriptovalyutanın qiymətinin yaxın zamanlarda kəskin arta biləcəyini ehtimal edir.

"CoinMarketCap" portalınını məlumatlarına əsasən, bitkoinin qiyməti 4,91% azalaraq 6,785 min dollar təşkil edib.

Alternativ kriptovalyutaların qiymətləri də azalıb. Belə ki, "Ethereum" 2,42% və ya 400,62 dollaradək, "Ripple" 3,8% (0,49 dollara qədər), "Bitcoin Cash" isə 4,73% (640,16 dollaradək) ucuzlaşıb.
Kriptovalyuta bazarının kapitallaşması hazırda 260,2 milyard dollar təşkil edir. Bu göstəricinin 44,2%-ə yaxını bitkoinin payına düşür.

BAKU.WS