Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda informasiya və rabitə müəssisələri 569,9 milyon manatlıq xidmət göstərib.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, göstərilən xidmətin 71,8 faizi əhali tərəfindən istehlak olunub. 2017-ci ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 7,8 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 80,9 faizi qeyri-dövlət sektorunun payına düşüb.

Xidmətlərdən əldə edilən gəlirin 49,3 faizi və ya 281 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

BAKU.WS


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ