SİZİN REKLAM BURADA!
055 213 76 73



Dünyanın ən populyar kriptovalyutası olan bitkoinin qiyməti ucuzlaşır.

Bitkoin 8 min dollar ətrafında alınıb satılır.

Belə ki, "CoinMarketCap" portalının məlumatlarına əsasən, bitkoinin qiyməti 3,68% ucuzlaşaraq 8 022 dollar təşkil edib.

Alternativ kriptovalyutaların qiymətində də ucuzlaşma qeydə alınıb. Belə ki, "Ethereum" 4,8% və ya 675,9 dollaradək, "Ripple" 5,34% (0,66 dollara qədər), "Bitcoin Cash" isə 8,22% (1 201,06 dollaradək) ucuzlaşıb.

Kriptovalyuta bazarının kapitallaşması hazırda 313,6 milyard dollar təşkil edir və bunun 37 faizi bitkoinin payına düşür.

BAKU.WS