SİZİN REKLAM BURADA!
055 213 76 73



Tikinti bazarında yeni ildə qiymətlər də yenilənib. Bəzi məhsulların qiymətində ucuzlaşma, bəzilərində isə az da olsa artımlar müşahidə olunur.

BAKU.WS-in məlumatına görə, taxta satışı ilə məşğul olan şəxslər Xəzər TV-yə bildirirlər ki, qiymətlər az da olsa ucuzlaşıb. Mismar qiymətləri isə olduğu kimi qalıb.

Dam örtüklərinin qiyməti isə ölçüsünə və qalınlığına görə fərqlidir. Sement qiymətləri isə keyfiyyətinə görə fərqlidir.

Onu da qeyd edək ki, yeni ildən bir sıra tikinti məhsullarının ölkəyə gətirilməsinə tətbiq gömrük rüsumlarında dəyişikliklər edilib. Buna görə Bəzi tikinti məhsullarının ölkəyə gətirilməsi xərcləri azalıb. Həmin məhsulların qiymətində ucuzlaşma bununla bağlıdır.

BAKU.WS