SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Bazarlarda bəzi meyvə və tərəvəzlərin mövsümü olsa da, qiymətləri hələdə bahadır. Satıcılar bunu bazara çıxarılan məhsulun az olması ilə izah eləyir.
 
BAKU.WS xezerxeber.az-a istinadən xəbər verir ki, mövsümü olmasına baxmayaraq ən çox bahalaşan pomidor və qarpızdır. Satıcılar yaxın günlərdə qiymətlərin düşəcəyini deyir.

Bazarlarda mövsümü məhsulların qiymətində artım var. Əvvəlki illərə nisbətən bu il bazarlara bəzi məhsulların az gətirilməsi qiymətlərdə nisbətən artıma səbəb olub.Xüsusi ilə də pomidor və qarpızın mövsümü olduğundan bu məhsullara tələbat daha çoxdu.

Alıcılar da qiymətlərin bu dövrdə yetişən məhsullarda artdığını deyirlər.

Pomidor və qarpızdan fərqli olaraq bəzi məhsulların qiymətində ucuzlaşma var. Şaftalı ilə yanaşı bu il üzüm və kartofda bolluq var. Satıcılar deyir ki, bəzi rayonlarda məhsullar tam yetişməyib .Bu səbəbdən yaxın günlərdə qarpız və pomidorun qiymətində də enmə gözlənilir.
 
BAKU.WS