SİZİN REKLAM BURADA!
055 213 76 73



2017 bitir və yeni ilə 10 gün az vaxt qalıb. Kripto dünyası bu il indiyə qədər görmədiyi marağı və sərmayəçini gördü.

BAKU.WS fins.az-a istinadla xəbər verir ki, nəticədə bir çox valyuta ortaya çıxdı, bir çox insan müxtəlif valyutalara maraq göstərdi. Əgər siz də 2018-ci ilə girərkən kripto dünyasına investisiya etmək istəyir amma hara investisiya edəcəyinizi bilmirsinizsə bu yazı tam sizin üçündür.

Enjin Coin (ENJ)

Enjin Coin oyun içi əşya transferinə yeni bir ölçü əlavə edir. Hal-hazırda oyun içi əşyaları mübadilə etmək üçün bir çox web saytı varkən Enjin Coin bu işə yeni bir nəfəs gətirərək Enjin Coin qarşılığında əşya satışına və ya mübadiləsinə icazə verir. Hələ inkişaf etdirilmə mərhələsində olan bu valyuta 2018-ci ilin ortalarına qədər böyük diqqət çəkəcəyi ehtimal edilir. İndidən Unturned, ARK Survival, Minecraft kimi oyunlar ilə müqavilə bağlayan Enjin coin, irəliləyən zamanlarda daha fərqli oyunlar üçün də dəstək verəcək və bu da coinin dəyərini artıracaq kimi görünür. Sərmaye qoymaq isdəyənlər Enjin Coin-ə göz atmalarında fayda var.

Monaco (MCO)


"İstədiyiniz zaman, istədiyiniz yerdə!" şüarıyla ortaya çıxan Monaco 2018-ci il üçün qiymətləndirilməsi lazım olan bir digər valyutadır. Əsas istifadə məqsədi pul və kripto valyuta transferlərini komissiyasız bir şəkildə və sürətli reallaşdıran bu pul vahidi yalnız mobil pul qabı deyil kart olaraq da qarşımıza çıxır. Kredit kartı kimi pulunuzu Monaco-nun sizə verdiyi kartlara ataraq razılaşdırılmış iş yerlərində rahatca xərcləmə edə bilərsiniz. Xüsusilə səyahət edənlərin ödədiyi yüksək komissiyalara qarşı həqiqətən gözəl bir həll olduğunu söyləyə bilərik. 2018-ci il üçün bu valyutanı ağlınızın bir küncünə yazmaqda fayda var.

Basic Attention Token (BAT)

Reklam dünyasına yeni bir nəfəs gətirən Basic Attention Token bəlkə də 2018-ci ildə partlama edə biləcək digər kripto valyutalardan biridir. Mövcud internet reklamlarında vasitəçi təşkilatın komissiya nisbətlərinin çox yüksək olmasından və reklamların doğru hədəf kütləyə çatmamasından yola çıxan qrup bu kripto valyutanı inkişaf etdirdi. Basic Attention Token ilə reklam verənlər istədiyi hədəf kütləyə çox aşağı xərclərlə çata yalnız reklamı lazımlı diqqəti çəkərsə pul ödəyərlər. Ayrıca reklamlara maraq göstərən istifadəçilər və reklamları saxlayan sayt / mabil əlavə sahibləri də vasitəçi təşkilata yüksək komissiya ödəmədən birbaşa reklam verəndən ödəməsini edir. Layihə inkişaf etdirilməyə davam edir və belə gedərsə Google, Yandex, Amazon kimi reklam xidmətləri yaxın gələcəkdə silib süpürecek kimi görünür.

Steem (STEEM)

Kripto dünyasında Lüğət / blog tərzi formatla bazara çıxan Steem çox qısa müddətdə çox böyük bir müvəffəqiyyət əldə etmişdir. Istifadəçilərinə yazı yazaraq Steem qazanma imkanı verən bu sistem əslində internetdəki pulsuz blogların blockchain üzərinə inşa edilmiş versiyasıdır deyə bilərik. Istifadəçilərinə istədikləri sahədə istədiklərini yazma haqqı verən və tamamilə mərkəzi olmayan bir sistem ilə çalışan Steem indidən çox səs gətirmiş və dəyərlənməyə başlamış vəziyyətdədir. Kripto dünyasında Blockchain əsaslı olan bəlkə də ən bilinən layihə deyə bilərik. Əgər bu şəkildə irəliləməyə davam edərsə, WordPress tərzi blog saytlarının da sonu gələcəkdir.

Bitcoin (BTC)

Kim nə deyirsə desin. İstər bazarda onlarla fərqli kripto valyuta olsun. Dəyişməyən tək gerçək var, kripto valyutaların atası Bitcoin! Son aylarda olduqca dəyər qazanan Bitcoin 2018-ci ilə girərkən yenə siyahımızda bir nömrə olaraq iştirak edir və investorların kripto dünyasındakı ən etibarlı limanı olma xüsusiyyətini qoruyur. Zaman zaman ani çıxışlar və ya ani enişlər yaşasa da uzun zamanda yatırımcısını əsla üzmeyen Bitcoin, 2018-ci ildə da eyni təcillə yüksələcəyitəxmin edilir. Yatırımcılarını üzmeyeceğini düşündüyümüz Bitcoin-i siyahımızın bir nömrəsi olaraq sizlərə təqdim edirik və ümid edirik ki, Bitcoin 2018-ci ildə də qazandırmağa davam edəcək.

BAKU.WS