VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Yeni ili Azərbaycanda keçirmək istəyən vətəndaşlar daha çox otellərə üz tuturlar. Xüsusilə, istirahət mərkəzlərində Yeni il şənliklərinin keçirilməsi sadə vətəndaşın marağını cəlb edir.

Məhz buna görə BAKU.WS Azərbaycanda Yeni il qeyd etmək istəyənlər üçün otellərdəki qiymətlərlə maraqlanıb. Kiçik bir araşdırmadan sonra ortaya maraqlı rəqəmlər çıxıb.

Bu il Yeni il şənliyi təşkil olunan otellərin böyük əksəriyyətində yerlər artıq indidən bron edilib. Oktyabr ayından satışa çıxarılan yerlər artıq noyabrın ayı ərzində tam satılıb. 

“Pik Palace” Şahdağ Hotel - 4 gecə istirahət, Yeni il şənliyi, gündə 2 dəfə yemək - 2018 AZN 

“Zirvə” hoteli - 3 gecə istirahət (31-i daxil olmaqla), Yeni il şənliyi, gündə 2 dəfə yemək - 1570 AZN.

Marxal İstirahət kompleksi - 3 gecə 4 günlük paket, Yeni il şənliyi, gündə 2 dəfə yemək - 1170 AZN.  

“Şahdağ Hotel & Spa” - 3 gecə istirahət (31-i daxil olmaqla) dağlara görünüş 1810 AZN, otelə görünüş 1720 AZN.

Qeyd edək ki, bəzi otellərdə biletlər oktyabr ayından satışa çıxarılsa da cəmi 2-3 gün ərzində tam satılıb. 

Перейдя по ссылке вы можете ознакомиться со статьей на русском языке

Şahin

BAKU.WS