SİZİN REKLAM BURADA!
055 213 76 73


Maliyyə Bazarlarına Nəzarət Palatası valyutadəyişmə məntəqələrinin işə düşməsi ilə bağlı normativ hüquqi sənədlərin hazırlanmasına başlayıb. 

BAKU.WS Fins.az-a istinadən xəbər verir ki,  bu barədə jurnalistlərə açıqlamasında Palatanın Direktortlar Şurasının sədri Rüfət Aslanlı məlumat verib. 

Bildirib ki, sənədlərin hazırlanmasına 1 ay vaxt verilib.

Xatırladaq ki, "Valyuta tənzimi haqqında” qanununda dəyişikliklər edilməsi barədə” qanun mayın 18-də qüvvəyə minib. Həmin qanunun 13-cü  maddəsinə görə, "exchange” açmaq üçün nəzərdə tutulan girov vəsaitinin məbləği Bakı şəhərində 50 min manat və 50 min dollar,  Abşeron rayonunda, Sumqayıt və Gəncə şəhərlərində 25  min  manat və 25  min dollar, digər şəhər və rayonlarda, habelə Naxçıvan Muxtar Respublikasında isə 10  min manat və 10  min dollardır.

BAKU.WS