SİZİN REKLAM BURADA!
055 213 76 73


Ötən gün Milli Məclisdə "Valyuta tənzimi haqqında” qanun müzakirəyə çıxarılıb. Valyutadəyişmə məntəqələrinin bərpası təklif olunub. Lakin qanundakı bəzi müddəalar deputatların narazılığına səbəb olub.

BAKU.WS xəbər verir ki, iclasda çıxış edən deputat Yevda Abramov maraqlı açıqlamalar verib. O, bildirib ki, keçmişdə valyutadəyişmə məntəqələri işlədən şəxslər hazırda öz şəxsi evlərində valyuta dəyişir.
 
"Novxanı, Bilgəh, Mərdəkanda yaşayan bank işçiləri evlərində gecə qəza xidmət maşınlarında dollar dəyişirlər. Bunu elə valyutadəyişmə məntəqələrində dəyişib dövlətə xeyir verə bilməzdilərmi? Mümükündürsə İslam Oyunlarına qədər bu qanun qüvvəyə minsin. Babalarımızın, nənələrimizin sandıq pulu var-dəfn gününə hazırladığı. Bilmirlər onu hansı valyutada saxlasınlar. Oyun oynadırlar, fırladırlar adamları. Əslində bizi-xalqı fırladırlar".
 
VİDEO: Azadlıq radiosu
Aynur Ələkbərova 
BAKU.WS