SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Səhər saatlarında "qara bazar”da dolların kursu dəyişməsə də, günortadan etibarən məzənnədə artım olacağı gözlənilir.
 
Bu barədə fins.az-a "qara bazar”dan bildirilib. Belə ki, bu gün  keçiriləcək növbəti valyuta hərracında dolların bahalaşacağı gözlənilir. Bu da banklarla yanaşı, "qara bazar”a da təsir edəcək.  

Dollar alverçilərinin sözlərinə görə, müşahidələr göstərir ki, vətəndaşların  "qara bazar”a dollar təklifi azaldığı zaman valyuta hərracında dollar bahalaşır. Son bir neçə gündə də hazırda eyni vəziyyət müşahidə edilir: "Əvvəl bir nəfər "qara bazar”a 1000-5000 min dollar satırdısa, indi bu rəqəm 500 dollara qədər düşüb. Bu da onu göstərir ki, yenidən dollar qıtlığı yaranıb”.

"Qara bazar”dan bildirirlər ki, birdən-birə böyük bahalaşma gözlənilməsə də, bu gün  dollar  manat qarşısında bir neçə qəpik qalxa bilər.
 
BAKU.WS