Bərdədə ticarət obyektlərində satılan çörəyin qiymətində ucuzlaşma müşahidə olunur.

Xezerxeber.az məlumat verir ki, əvvəllər 30 qəpiyə satılan 500 qramlıq çörəyin qiyməti indi 25 qəpik olub.

Dükan sahibləri çörəyin ucuzlaşmasını dəyirman tərəfindən unun pərakəndə satış qiymətində endirimlərin edilməsi ilə əlaqələndirsələr də, çörəyin çəkisində də azalma var. Onların sözlərinə görə, əvvəllər əla növ unun 50 kq. olan bir kisəsi 25 manat 80 qəpiyə satıldığı halda, hazırda 24 manat 50 qəpiyə satılır. Bu isə çörəyin qiymətini aşağı salmağa rəvac verib. İstehlakçılar qiymətin ucuzlaşmasından razıdır.

Çörək satıcıları bildiriblər ki, əvvəllər topdansatış qiyməti 27 qəpik idisə, hazırda 22 qəpiyədir.

Sahibkarlar çörəyin qiymətinin düşməsini bu il Bərdədə bol taxıl yığımı ilə əlaqələndirsələr də, çörəyin çəkisində də azalma olub.

Bərdədə ucuzlaşma hələlik yalnız zavodlarda bişirilən çörəyə şamil olunub. Təndirdə bişirilən çörəyin qiyməti isə əvvəlki kimi 40- 50 qəpik arasında dəyişir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
 
BAKU.WS