SİZİN REKLAM BURADA!
055 213 76 73



Əmlak Məsələləri üzrə Dövlət Komitəsi 2 gəmini satışa çıxarıb.
 
BAKU.WS xəbər verir ki, satış hərrac vasitəsi ilə mart ayının 28-də baş tutacaq. "Azərbaycan Respublikası Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus "Bakinskaya-1” torpaq palçıq daşıyan gəmisinin ilkin qiyməti 30 min manat, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Aysel” Elmi Tədqiqat Gəmisinin isə 10 min manata satışa çıxarılacaq.
 
Qeyd edək ki, sifarişlər Azərbaycan Respublikası Əmlak Məsələləri  Dövlət Komitəsi yanında  Hərracların Təşkili üzrə Auksion Mərkəzində və yaxud  e–emdk.gov .az elektron portalı vasitəsilə  hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaq.
 
Aynur Ələkbərova
BAKU.WS