2026-cı ildə nələr olacaq? - MÜJDƏ
2026-cı ilin büdcə layihəsi təsdiq edir ki, növbəti ildə qeyri-neft sektorunun inkişafı piriolitet olacaq. Məhz büdcə gəlirlərinin 58 faizə yaxını qeyri-neft sektorunun payına düşəcək.
Bu barədə tanınmış iqtisadçı, Millət vəkili Vüqar Bayramov BAKU.WS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, bu da növbəti il qeyri neft sektorunun inkişafının ilə bağlı islahatların dərinləşəcəyindən xəbər verir.
"2026-cı ildə iqtisadi artım tempi qorunub saxlanılacaq. İqtisadi artımda neftdən kənar sektor aparıcı olaraq qalmaqdadır. İstər büdcə gəlirlərini, istər ümumi daxili məhsulda (ÜDM) qeyri neft sektorunun payında artımlar müşahidə olunacaq.
2026-cı il daha çox iqtisadiyyatda qeyri neft sektorunun payının artması ilə yadda qalacaq".
Ziya SƏCCAD
Oxşar xəbərlər
Azərbaycan I yarımildə 10 milyon tondan çox neft ixrac edib
Bu ilin yanvar-iyun aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 10 milyon 125 min 467,17 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsu...