SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsində çalışmış Süleyman Qasımov SOCAR prezidenti Rövşən Nəcəfovun iqtisadi məsələlər üzrə müşaviri təyin edilib.

Süleyman Qasımov həmçinin “Petkim”in İdarə Heyətinin sədri, SOCAR Türkiyə və SOCAR Ukrayna İdarə heyətinin üzvü olaraq da fəaliyyətini davam etdirəcək.

Xatırladaq ki, Süleyman Qasımov 2006-cı ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin iqtisadi məsələlər üzrə vitse-prezidenti vəzifəsində çalışıb.

Ötən il Azərbaycan Dövlət Neft Şirkətinin Türkiyədəki törəmə şirkəti olan “Petkim Petrokimya Holding AŞ”nin (“Petkim”) İdarə Heyətində edilən dəyişikliyə əsasən, Süleyman Qasımov “Petkim” İdarə Heyətinə rəhbərlik edir. O, bu vəzifədə sabiq SOCAR prezidenti, hazırda iqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayevi əvəz edir.

Süleyman Qasımov İqtisad elmləri doktoru, professordur, 2 elmi əsər, 40-dan çox elmi məqalənin müəllifidir.

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2006-cı ildə “Tərəqqi” medalı, 2011-ci ildə “Şöhrət” ordeni ilə təltif edilib. Habelə, istehsalatda əməyin məhsuldarlığına və məhsulun (əmtəənin) keyfiyyətinin yaxşılaşmasına, ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin artmasına təsir edən yüksək göstəricilərə görə, Azərbaycan Respublikası Prezidentinin əmri ilə, II dərəcəli “Əmək ordeni” ilə təltif edilib.

BAKU.WS