SİZİN REKLAM BURADA!
055 213 76 73


Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən bu ilin əvvəlindən 1 963 sahibkara 90,2 milyon manat, o cümlədən 1 953 kiçik və orta həcmli layihəyə 62,8 milyon manat güzəştli kredit verilib.

BAKU.WS xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün feysbuk hesabında qeyd edib.

Nazir əlavə edib ki, güzəştli kreditlərin 68,8%-i aqrar sektorun, 31,2%-i sənaye məhsullarının istehsalı və emalı və s. sahələrə yönəldilib. Bu kreditlərin 83,3%-i regionların, 16,7%-i isə Bakı qəsəbələrinin payına düşür. Bu kreditlər hesabına 2 100-ə yaxın yeni iş yerinin açılması imkanı yaranıb.

BAKU.WS
VİDEO