SİZİN REKLAM BURADA!
055 213 76 73


30 avqust 2022-ci il tarixində hərraca çıxarılan kiçik dövlət müəssisə və obyektlərinin siyahısı açıqlanıb.

BAKU.WS xəbər verir ki, hərraca 13 müəssisə və obyekt çıxarılıb.

Hərraca çıxarılan obyektlərin siyahısı belədir:

  1. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi, 2-ci döngə, bina 2M. “Mərdəkan” restoranı
  2. Şadlıq evi, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu küçəsi, 5A
  3. Gəncə şəhəri, Kəpəz rayonu, Z.Əliyeva küçəsi, 2-ci döngə, bina 10, İki mərtəbəli istehsal sexi
  4. Neftçala rayonu, Bankə qəsəbəsi, H.Əmənov küçəsi, 9A, 1 saylı bərbərxana
  5. Lənkəran rayonu, Moloja kəndi, Moloja kənd Sənətkarlıq klubu
  6. Şəmkir rayonu, Keçili kəndi, “Çinar” soyuducular zavodunun Şəmkir filialı
  7. Şəmkir rayonu, Keçili kəndi, Şəmkir yun tədarükü məntəqəsi
  8. Goranboy rayonu, Qarapirimli kəndi, Yardımçı təsərrüfat
  9. Goranboy rayonu, Səfikürd kəndi, Qovlar tikiş fabrikinin Goranboy sahəsi
  10. Balakən şəhəri, Gözəlov küçəsi, 102, “Qubek Otel” İstirahət Zonası
  11. Qəbələ rayonu, Çuxur Qəbələ kəndi Qaraj binası
  12. İsmayıllı rayonu, Soltankənd kəndi, Soltankənd kənd Yaradıcılıq Evi
  13. Ağstafa rayonu, Köçəsgər kəndi, Mal fermasının yarımçıq tikilisi 

Qeyd edək ki, məlumatın dərc olunduğu gündən hərracda iştirak etmək üçün sifariş vermiş (əmlakın start qiymətinin 10%-i həcmində beh ödəmiş) şəxslərə satışa çıxarılan əmlak ilə qabaqcadan tanış olmaq imkanı balanssaxlayıcı təşkilat tərəfindən yaradılır.

Hərracda iştirak etmə qaydaları və nəqliyyat vasitələri haqqında məlumat əldə etmək üçün telefon: 566-07-44; 514-23-64

Sifarişlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20) və yaxud e-emlak.gov.az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaqdır. Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar.

Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:

1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (Hüquqi şəxslər üçün: notarial qaydada təsdiq olunmuş qeydiyyat şəhadətnaməsi, nizamnaməsi və VÖEN)

2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd (10% məbləğində beh Mərkəzi Bankda – AZ65NABZ01361150000000004944 nömrəli hesablaşma hesabına ödənilməlidir).

BAKU.WS
QALEREYA