SİZİN REKLAM BURADA!
055 213 76 73


7 iyun 2022-ci il tarixində hərraca çıxarılacaq kiçik dövlət müəssisə və obyektlərin siyahısı açıqlanıb.

BAKU.WS xəbər verir ki, hərraca 16 müəssisə və obyekt çıxarılıb.

Hərraca çıxarılan obyektlərin siyahısı belədir:

  1. Daşkəsən rayonu, Alunitdağ qəsəbəsi, Yardımçı təsərrüfat
  2. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, 42 saylı mağaza
  3. Siyəzən şəhəri, Heydər Əliyev küçəsi, 55A, 52 saylı mağaza
  4. Şirvan şəhəri, 1 May küçəsi, 19, 27 saylı mağaza
  5. Şirvan şəhəri, Hacıqabul gölünün qərb hissəsi, Mal tövləsi
  6. Salyan rayonu, Peyk kəndi, Yüksəliş yardımçı təsərrüfatı
  7. Yevlax şəhəri, Aran qəsəbəsi. 5 saylı mağaza
  8. Quba rayonu, Talış kəndi Talış kənd klubu
  9. Qusar rayonu, Hil kəndi, Qusar Kərpic sexi
  10. Goranboy rayonu, Səfikürd kənd klubu
  11. Goranboy rayonu, Qazanbulaq qəsəbə Mədəniyyət evi
  12. Ağsu şəhəri, Melioratorlar qəsəbəsi, Qeyri-yaşayış binası
  13. Şəki şəhəri, B.Məmmədov küçəsi, 29, 2 saylı hamam
  14. Neftçala rayonu, Həsənabad qəsəbəsi, Mirqurbanlı məhəlləsi, 98D, Kirayə Təmir Sahəsi
  15. Neftçala rayonu, Həsənabad qəsəbəsi, H.Z.Tağıyev küçəsi, 143A, Emalatxana binası
  16. Neftçala rayonu, Bankə qəsəbəsi, Ə.Gözəlov küçəsi, 2A, Maye qaz satışı sahəsi
  17. Xaçmaz rayonu, Nabran kəndi, İnternat məktəbinin yarımçıq tikilisi

Hərracda iştirak etmə qaydaları və nəqliyyat vasitələri haqqında məlumat əldə etmək üçün telefon: 566-07-44; 514 23 64

Sifarişlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20) və yaxud e–emlak.gov.az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaqdır. Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar.

Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:

1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (Hüquqi şəxslər üçün: notarial qaydada təsdiq olunmuş qeydiyyat şəhadətnaməsi, nizamnaməsi və VÖEN)

2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd (10% məbləğində beh Mərkəzi Bankda – AZ65NABZ01361150000000004944 nömrəli hesablaşma hesabına ödənilməlidir).

BAKU.WS