Putindən dollar və avroya qarşı yeni pul vahidi

Putindən dollar və avroya qarşı yeni pul vahidi
İqtisadiyyat 3294

Rusiya prezidenti Vladimir Putin dollar və avroya rəqib yeni bir pul vahidi təklif edib.

BAKU.WS-in məlumatına görə, MDB ölkələri arasında istifadə olunması üçün nəzərdə tutulan bu pul vahidin adı isə "altın" olacaq. Rusiya dövlət başçısı Dumaya bir qanun layihəsi təqdim edərək Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin ortaq pul vahidinin yaradılmasını təklif edib. 

Yeni pul vahidinin 2020-ci ilə istifadəyə verilməsi planlaşdırılır. Əgər qanun qəbul edilərsə, avro və dollara rəqib qismində ilk Avrasiya vahid valyutası yaranacaq. 

Qeyd edək ki, Avrasiya İqtisadi Birliyinə Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan daxildir. 

ŞAHİN Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Rusiya Ermənistana yeni hərbi texnikalar satır

Rusiya Ermənistana yeni hərbi texnikalar satır

Ermənistan Rusiyadan yeni silah və hərbi texnikalar alır. BAKU.WS-in "AzeriDefence”ə istinadla verdiyi məlumata görə, bu barədə Rusiya müdafiə sənayesindəki mə...

2378 Hadisə 11:43 09 sentyabr 2015

Son xəbərlər