CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 20-də 66,5 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,4 dollar/barel çoxdur.

BAKU.WS xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 65,88 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,39 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 63,74 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,09 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 66,6 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,16 dollar/barel çoxdur.

BAKU.WS