SİZİN REKLAM BURADA!
055 213 76 73


Qida Təhlükəsizliyi Agentliyində Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin nümayəndələri ilə görüş keçirilib.

Agentlikdən BAKU.WS-ə verilən məlumata görə, görüşdə Türkiyədən gələn nümayəndə heyətinin ölkəmizdəki baytarlıq laboratoriyaları, heyvandarlıq təsərrüfatları, heyvan kəsimi məntəqələrinin fəaliyyəti ilə tanışlığı, həmçinin heyvan sağlamlığı və yoluxucu heyvan xəstəlikləri ilə mübarizə tədbirləri üzrə əməkdaşlığın perspektivləri müzakirə olunub.

Hər iki ölkənin mütəxəssisləri tərəfindən Türkiyənin Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sistemi (HİQS) ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, qardaş ölkənin nümayəndə heyəti martın 9-dan 17-dək ölkəmizdə işgüzar səfərdədir.

BAKU.WS